Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Binəqədi şosesindən Böyükşor gölü istiqamətində yağış kanalizasiya sisteminin yaradılması ilə əlaqədar əsaslı tikinti işlərinə başlanılıb

12 may 2017 | 11:00

Son dövrlərdə Bakı şəhərində gedən sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırmış və 2016-cı ilin sentyabr və oktyabr aylarında yağan yağışların həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından çox olması nəticəsində şəhərin müəyyən ünvanlarında bir sıra müxtəlif təyinatlı obyekt və tikililərə ziyan dəymiş, vətəndaşların və nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır.
Qeyd olunmuş faktorları nəzərə alaraq, Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə işçi qrupunun yaradılması haqqında 11 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.
Sərəncamın icrası çərçivəsində, Binəqədi rayonu, Binəqədi şosesindən Böyükşor gölü istiqamətində yağış kanalizaziya sisteminin yaradılması ilə əlaqədar əsaslı tikinti işlərinə başlanılıb.

Keçidlər