Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən bələdiyyələrlə işgüzar görüş keçirildi

11 may 2017 | 11:00
2017-ci il mayın 11-də  Binəqədi Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən bələdiyyələrlə növbəti işgüzar görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, bələdiyyə sədrləri, bələdiyyə sədrlərinin müavinləri və şöbə müdirləri iştirak etdilər.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri tərəfindən  bələdiyyələrin maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud  olan çətinliklər və problemlər, vətəndaşların qəbulu və bu sahədə aparılan işlər, bələdiyyələrin balansında olan texnikalarının mövcud durumu, məişət tullantılarının daşınma vəziyyəti, bələdiyyələrdə hüquqi aktların qəbulu və onların həyata keçirilməsi, bələdiyyələrdə Humanitar sektorların fəaliyyəti və bələdiyyə sədrləri tərəfindən səyyar görüşlərin keçirilməsi, həmin görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti haqqında apardıqları araşdırmalar barəsində  ətraflı məlumatlar  dinlənildi.
Sonra görüşdə müzakirə olunan məsələlər barəsində geniş fikir mübadiləsi aparıldı və müvafiq tövsiyələr verilərək bildirildi ki, 4 aprel 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında keçirilən görüşdən sonra bələdiyyələr tərəfindən xeyli işlər görülmüş və nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş vermişdir.
Bununla belə həmçinin qeyd edildi ki, bələdiyyələrin mövcud potensialından daha səmərəli istifadə etmək üçün hələ çox iş görülməlidir.
İclasda bələdiyyələrin vergi və rüsumlarının yığılması, bələdiyyə gəlirlərinin artırılması, bələdiyyələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması və iqtisadi imkanlarının  artırılması məqsədilə təklif və tövsiyələr səsləndirildi, növbəti ayların fəaliyyət istiqamətləri və hədəfləri müəyyənləşdirildi.

Keçidlər