Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nümayəndə heyəti ilə görüş keçirildi

12 may 2017 | 11:00

12 may 2017-ci il tarixində Binəqədi rayonunda İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin rəisi Ali Abdullah, müavinlər Latifiha Heşmatullah, Qyomars Jamal, Beynəlxalq əlaqələr şöbəsinin rəisi Afşin Əsgər ilə görüş keçirildi.
Qonaqları Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qarşıladı. Onlara Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar rayonda həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə məlumat verdi.
Sonra Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında təşkilatın sədri Ramiz Göyüşov tərəfindən qonaqlara Yeni Azərbaycan Partiyası, onun yaranma tarixi, ölkəmizin siyasi həyatında yeri və tarixi rolu barədə ətraflı məlumat verildi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinə gələn qonaqları Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov salamladı. Elnur İmanov onları Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış etdi, rayonda vətəndaşların etimadını qazanmaq istiqamətində reallaşdırılan layihələrdən, o cümlədən 1646 Sakinlərin Müraciət Xidməti sistemindən danışdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə çay süfrəsi ətrafında səmimi söhbətdən sonra qonaqlar rayonda yerləşən Heydər məscidində cümə namazı qıldılar.
Görüşün sonunda qonaqlar Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsində oldular. Əvvəlcə binanın foyesində nümayiş etdirilən “Bakı 2017 - İslam Həmrəyliyi Oyunları”nın məktəblilər arasında təbliğ edilməsi məqsədilə “Gücümüz həmrəylikdədir!” mövzusunda keçirilən rəsm müsabiqəsi iştirakçılarının əl işlərinə baxdılar.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qonaqların nəzərinə çatdırdı ki, Gənclər Evi Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın 2.1.77-ci (Gənclər evinin tikintisi) bəndinə uyğun olaraq tikilib istifadəyə verilib. Gənclər evində qeyri-formal təhsil, sağlam həyat tərzi, gənclərin iştirakı, psixososial dəstək, peşə seçimi, informasiya-məsləhət, asudə vaxtın təşkili, könüllülük hərəkatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Keçidlər