Binəqədi rayonunda Tədbirlər Planına əsasən abadlıq-quruculuq işləri davam etdirilir
15 may 2017 | 11:00
Rayonun bütün qəsəbə və mikrorayonlarında təmizlik işləri aparılır, o cümlədən, sakinlərin rahat istirahəti üçün parklarda quraşdırılmış oturacaqlar təmir edilir, köhnəlmişlər yenisi ilə əvəz edilərək, rənglənirlər. Həmçinin, Z.Bünyadov prospekti boyu istinad divarları yenidən təmir-bərpa edilir.
Eyni zamanda Bakı şəhərində yağış-kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə işçi qrupunun yaradılması haqqında 11 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın tərkib hissəsi kimi Binəqədi rayonunda Böyükşor gölü istiqamətində işlər sürətlə davam etdirilir. Bu məqsədlə, bugün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rəsulzadə və Binəqədi qəsəbələri üzrə icra nümayəndələri Mübariz Məmmədov, Elxan Əliyev, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva ərazidə olaraq görülən işlərə baxış keçirdilər.