Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN könüllüləri”nin növbəti 9-cu qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başladı

16 may 2017 | 11:00

16 May tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 9-cu qrupunun üzvləri ilə görüş keçirildi.
Görüşdən öncə könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə  tanış oldular və onlara ətraflı məlumat verildi.
Məlumat zamanı gənclərə könüllük peşəsini şərəflə, məsuliyyətlə icra etdikləri müsbət şəkildə qiymətləndirildi və məhz Binəqədi Rayon İcra Hakimiyyətini seçdikləri üçün gənclərə  təşəkkür edildi.
Sonra gənclər Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüldülər.

Keçidlər