Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının IX konfransı keçirildi

18 may 2017 | 11:00

18 may tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının IX hesabat-seçki konfransı keçirildi.
Konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin komitə sədri Əli Hüseynli, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin baş təlimatçısı Misirxan Vəliyev, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının sədri Hikmət Şikarov, Dövlət Sığorta Şirkətinin direktoru Məmməd Məmmədov, digər rəsmi qonaqlar və konfransa seçilmiş nümayəndələr iştirak etdilər.
Hesabat-seçki konfransı başlamazdan öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoydular. Daha sonra rayon təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işləri, keçirilən tədbirləri əks etdirən videoçarx nümayiş etdirildi.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov konfransın gündəliyində duran məsələləri diqqətə çatdırdı. Bildirdi ki, konfransda rayon təşkilat sədrinin 2012-ci ildən ötən fəaliyyət dövrü ərzində hesabat məruzəsi və bir sıra təşkilati məsələlər müzakirə olunacaq.
Hesabat məruzəsi ilə çıxış edən R.Göyüşov qeyd etdi ki, hesabat-seçki konfransı əlamətdar bir dövrə - Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə təsadüf edir, bu gün ötən 25 ilə dönüb baxdıqda bir qürur hissi keçiririk: "Bu illər Azərbaycan dövlətinin, xalqımızın, dövlətçiliyimizin, partiyamızın tarixində çətinliklərlə, mübarizələrlə və qələbələrlə dolu bir dövr olub. Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların kökündə Ulu Öndərin ideyaları, ölkə başçısının mətin iradəsi, cəsarəti, qətiyyəti, gərgin və yorulmaz zəhməti dayanır".
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə nəzər salan R.Göyüşov təşkilatın üzvlərinin sayının 3172 nəfər artaraq, 15450 nəfər təşkil etdiyini vurğuladı. Onun sözlərinə görə rayon təşkilatının IX konfransına hazırlıq məqsədilə bu ilin 10 yanvar tarixindən etibarən 188 ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi və IX konfransa nümayəndələr seçildilər.
Hesabat-seçki konfransında çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının nəzarət təftiş komissiyasının sədri Yolçu Zeynalov Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə uyğun olaraq rayon təşkilatında nizam-intizamın möhkəmləndirilməsi, partiyadaxili işlərin düzgün qurulması, partiya üzvləri tərəfindən üzvlük haqlarının ödənilməsi, maliyyə intizamına əməl edilməsi və digər vəzifələrin icra olunduğunu və bu sahədə nəzarətin təmin edildiyini bildirdi. Aparılan nəzarətin və araşdırmaların nəticəsində rayon təşkilatının fəaliyyətində nöqsan aşkar edilməyib.
Hesabat-seçki yığıncağında çıxış edən Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər doktoru, professor Mürsəl Əliyev, 283 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı gənclər birliyinin fəalı Fəsli Nəbiyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilən uğurlu siyasi strategiyadan danışdılar.
Konfransda geniş nitq söyləyən Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar İbrahimov ötən tarixə, Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər saldı. Yeni Azərbaycan Partiyasının çətin dönəmlərdə yarandığını, hadisələrin birbaşa iştirakçısı və şahidi kimi ölkəmizin çox ağır vaxtlarını ürəkağrısı ilə xatırladığını söylədi. Həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının "Səs" qəzetində Ümummilli Liderə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirdi. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycan tarixində mühüm tarixi hadisə olduğunu qeyd etdi.
O, əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində bu gün ölkəmizin bütün sahələr üzrə sürətlə inkişaf etdiyini, Bakının bir hissəsi olan Binəqədi rayonunda da mühüm islahatların həyata keçirildiyini diqqətə çatdırdı.
Hesabat-seçki konfransında çıxış edən millət vəkili Kamaləddin Qafarov Yeni Azərbaycan Partiyasının dövlətimizin inkişafı və xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən uğurlu işləri diqqətə çatdırdı.
Konfransda çıxış edənlər rayon təşkilat sədrinin hesabat məruzəsinin qənaətbəxş olduğunu bildirdilər.
Konfransda daha sonra təşkilati məsələlərə baxıldı. Konfrans iştirakçılarının yekdil qərarı ilə 67 nəfərdən ibarət şura, 25 nəfərdən ibarət İdarə heyəti, 7 nəfərdən ibarət nəzarət təftiş komissiyası seçildi. Həmçinin Ramiz Göyüşov rayon təşkilatının sədri, Eldar İbrahimov, Əli Hüseynli, Vüsar İsmayılov, Hüseyn Əsgərov və Tünzalə Zeynalova isə rayon təşkilatı sədrinin müavinləri seçildilər.
Konfransda yekun qətnamə qəbul edildi.
Daha sonra hesabat-seçki konfransında yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayon təşkilatının IX konfransı münasibətilə iştirakçıları təbrik etdi və Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışdı. O, Ulu Öndərin ideyalarının bu gün də yaşadığını, bu ideyaları layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin hər zaman öz xalqının yanında olduğunu vurğuladı.

Keçidlər