Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyə vergiləri nədir?, Bələdiyyə vergi və ödənişləri hara xərclənir? adlı layihə çərçivəsində 284 saylı məktəbdə maarifləndirici tədbir keçirildi

18 may 2017 | 11:00

Bələdiyyə vergiləri nədir?, Bələdiyyə vergi və ödənişləri hara xərclənir? adlı layihə çərçivəsində 18 may tarixində Biləcəri bələdiyyəsinin İctimai-humanitar sektorunun təşəbbüsü və təşkilatçılığı ilə qəsəbədə yerləşən 284 saylı məktəbdə maarifləndirici tədbir keçirildi.
Tədbirdə Biləcəri bələdiyyəsinin sədr müavini Nazir İsgəndərov, Bələdiyyə Gəlirləri və Yerli vergilər şöbəsinin müdiri Qorxmaz Cəfərov, Mülkiyyətin qorunması, əmlakın idarə edilməsi şöbəsinin müdiri Səfər Kərimov, bələdiyyənin İctimai-humanitar sektorunun rəhbəri Sevinc İlyasova, 284 saylı məktəbin kollektivi və yuxarı sinif şagirdləri iştirak etdilər.
Maarifləndirici tədbirdə bələdiyyə vergiləri ilə bağlı Vergi Məcəlləsi ilə müəyyən edilmiş və bələdiyyə büdcəsinə ödənilməli vergi və ödənişlərlə əlaqədar maarifləndirici, eləcə də təbliğat xarakterli geniş tərkibli görüş keçirildi.
Görüşdə bələdiyyə vergi və ödənişləri barədə ətraflı məlumat verildi, qarşılıqlı fikir mübadiləsi aparıldı, verilən suallar cavablandırıldı.
Görüş iştirakçılarına bələdiyyə tərəfindən vergilərlə bağlı xüsusi hazırlanmış izahlı bukletlər paylanıldı.

Keçidlər