Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələrin “İctimai-humanitar” sektorları ilə görüş keçirildi

19 may 2017 | 11:00

19 may tarixində Bələdiyyələrin “İctimai-humanitar” sektorlarının rəhbərləri ilə növbəti görüş  keçirildi.
Keçirilən görüşdə Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçiləri Elnur Məmmədov, Seymur Hacıyev, Leyla Kərimova, İctimai-humanitar sektorların rəhbərləri və Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etdilər.
İlk öncə Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il aprelin 4-də bələdiyyə sədrləri ilə görüşdə səsləndirdiyi fikirlər və verdiyi tövsiyələrlə əlaqədar məlumat verdi, İctimai-humanitar sektorların vergi təbliğatı sahəsində maarifləndirmə işlərini daha səmərəli şəkildə qurmalı olduqlarını vurğuladı.
Daha sonra yaxın günlərdə start veriləcək “Vergi olimpiadası” layihəsi haqqında geniş məlumat verildi və layihənin proqramı müzakirə edildi. Qarşılıqlı müzakirə zamanı layihə ilə bağlı bələdiyyələrin ictimai-humanitar sektorlarına tövsiyələr verildi. Eyni zamanda sektorların rəhbərlərinin və görüşdə iştirak edən ASAN könüllülərin təklif və fikirləri dinlənildi, sualları cavablandırıldı.

Keçidlər