Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Oynayaraq öyrənək” devizi altında sosial yönümlü təhsil layihəsi həyata keçirildi

19 may 2017 | 11:00

19 may 2017-ci il tarixində Binəqədi rayonu, Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin təşkilatçılığı ilə “Oynayaraq öyrənək” devizi altında sosial yönümlü təhsil layihəsi həyata keçirildi. Layihəyə 3-5 yaşlı uşaqlar cəlb edildi.
Layihənin məqsədi didaktik oyunlar vasitəsilə məktəbə hazırlamağın mümkün olduğunu bütün cəmiyyətə və valideynlərə göstərmək, onları maarifləndirmək, cəmiyyətdə uşaq tərbiyəsi və təhsillə bağlı stereotip fikirləri sındırmaqdır.
Təlimi Pedaqoji Kollecin bir qrup tələbəsi keçdi. Xüsusi hazırlıq keçmiş tələbələr parkda dincələn uşaqlara və onların valideynlərinə fleşmob formatında öyrədici oyunlar keçdilər. Təlimlərdə tələbələr uşaqlara erkən inkişafı, öyrənmə nəzəriyyələrini, didaktik oyunların əhəmiyyətini, məktəbəqədər yaşlı uşaqlarla işin təşkili metodikasını və s. nəzəri biliklərlə yanaşı sırf təcrübi bacarıqları da aşılayaraq, 3-5 yaşlı uşaqlara parkda keçirmək mümkün olan fəal oyunlar öyrədildi, gələcək peşəkarlarla bu oyunların didaktik əhəmiyyəti təhlil edildi.

Keçidlər