Bələdiyyə vergiləri nədir? , Bələdiyyə vergi və ödənişləri hara xərclənir? adlı layihə çərçivəsində 297 saylı məktəbdə növbəti maarifləndirici tədbir keçirildi
19 may tarixində Bələdiyyə vergiləri nədir?, Bələdiyyə vergi və ödənişləri hara xərclənir? adlı layihə çərçivəsində Biləcəri bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşəbbüsü və təşkilatçılığı ilə qəsəbənin 297 saylı məktəbində silsilə tədbirlərin davamı olaraq növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri Qorxmaz Cəfərov, icraçı katib Leyla Mədətova, bələdiyyənin “İctimai–humanitar” sektorunun rəhbəri Sevinc İlyasova, 297 saylı məktəbin direktoru Nailə Cəfərova, məktəbin kollektivi və yuxarı sinif şagirdləri iştirak etdilər.
Maarifləndirici tədbirdə bələdiyyə vergiləri ilə bağlı Vergi Məcəlləsi ilə müəyyən edilmiş və bələdiyyə büdcəsinə ödənilməli vergi və ödənişlərlə əlaqədar maarifləndirici, eləcə də təbliğat xarakterli geniş tərkibli görüş keçirildi.
Görüşdə bələdiyyə vergi və ödənişləri barədə ətraflı məlumat verildi, qarşılıqlı fikir mübadiləsi aparıldı, görüş iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı.
Görüş iştirakçılarına bələdiyyə tərəfindən vergilərlə bağlı xüsusi hazırlanmış izahlı bukletlər paylanıldı.