Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon sakini, 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Rafiq oğlu Alışev ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində keçirilən “İntel-Beynəlxalq Elm və Mühəndislik Sərgisi”ndə qalib oldu

23 may 2017 | 11:00

Binəqədi rayon sakini, R.Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin X sinif şagirdi Elgün Rafiq oğlu Alışev 15-21 may 2017-ci il tarixlərində ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində keçirilən “İntel-Beynəlxalq Elm və Mühəndislik Sərgisi”ndə qalib oldu.
Sərgidə Elgün Alışev respublikadan olan iştirakçılar arasında təqdim etdiyi “Kar və lallar üçün proqram” layihəsi üzrə yeganə qalib elan edilərək mükafatlandırıldı.
Los Ancelesdə keçirilən sərgiyə Azərbaycan tərəfindən “Sabahın alimləri” VI Respublika müsabiqəsinin qaliblərindən ibarət 4 layihə üzrə 5 nəfər nümayəndə qatıldı. Həmin nümayəndələrdən biri olan Elgün Alışev 299 nömrəli tam orta məktəbin İnformatika müəllimi Aynur Nuriyevanın rəhbərliyi ilə “Sabahın alimləri” VI Respublika müsabiqəsində ikinci yerin qalibi kimi ABŞ-da keçirilən sərgidə iştirak etdi.
Binəqədi rayonu adından qalib şagirdimizi təbrik edir, elmi nailiyyətlər istiqamətində uğurlar diləyirik!

Keçidlər