Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Fikrət Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbi Beynəlxalq Muğam Mərkəzində hesabat konserti verdi

20 may 2017 | 11:00

19 may 2017-ci il tarixində Binəqədi rayonu Fikrət Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbinin Beynəlxalq Muğam Mərkəzində yekun-hesabat konserti keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Rayon Gənclər və İdman İdarəsinin müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil şöbəsinin və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, Bakı şəhəri musiqi məktəblərinin direktorları, həmçinin bir çox tanınmış ziyalılar iştirak etdilər.
Tədbir görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 95 illiyinə və onun adını daşıyan məktəbin 55 illik yubileyinə həsr edildi. Tədbirin ilk hissəsi Mərkəzin foyesində baş tutdu. "Odlar Yurdu" rəqs qrupu "Qavalla rəqs" və "Azərbaycan suitası" rəqs kompozisiyaları ilə çıxış etdilər.
Tədbirin ikinci hissəsində məktəbin tələbələri xalq artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q.Qarayev adına Dövlət Kamera orkestrinin müşayiəti ilə Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa etdilər.
Konsertdə musiqi məktəbinin şagirdləri görkəmli musiqi dahiləri Fikrət Əmirovun, A.Məlikovun, İ.S.Baxın, V.Adıgözəlovun, Niyazinin və V.A. Mosartın əsərlərini skripkada, fortepianoda, balabanda ifa etdilər.
Konsertin sonunda Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından Fikrət Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbinin kollektivinə gül çələngi təqdim edilərək uğurlu hesabat konserti münasibətilə təbrik çatdırıldı.

Keçidlər