Biləcəri qəsəbəsində gənclərlə görüş keçirildi
Mayın 23-də Biləcəri bələdiyyəsinin İctimai-humanitar sektorunun təşəbbüsü və təşkilatçılığı ilə bələdiyyənin inzibati binasında Biləcəri bələdiyyəsi sədrinin qəsəbə gəncləri ilə görüşü təşkil edildi.
Görüşdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, İcraçı katib Leyla Mədətova, İctimai– humanitar sektorun rəhbəri Sevinc İlyasova və qəsəbə sakinləri olan gənclər iştirak etdilər.
Bələdiyyənin sədri Hikmət Quliyev çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq dövlətin gənclər siyasəti həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Rəhbərin gənclərə göstərdiyi qayğı və diqqət eyni zamanda siyasət istiqamətlərindən biri kimi gənclər siyasəti olub. Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyil ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.
Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasətini onun layiqli davamçısı olan dövlət başçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, son illərdə gənclərimizin müxtəlif sahələrdə qazandığı uğurlardan danışıldı. Gənclərin ölkənin ictimai-siyasi həyatında həmişə fəal iştirak etdikləri diqqətə çatdırıldı.
Gənclərdən Həmidli Lalə, Yusifov Kənan, Abbasov Əmir, Əliyev Əsəd, Qurbanlı Sevinc, Əsədli İsmayıl və digər gənclər öz fikir və rəylərini bölüşərək, gənclərə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə öz təşəkkürlərini bildirdilər.
Bələdiyyənin sədri Hikmət Quliyev görüşün sonunda gənclərə tövsiyə edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətlərində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün daim həmrəy olmalıdırlar.
Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.
Gənclərlə görüş xoş əhval-ruhiyyə ilə başa çatdı.