Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika Günü münasibətilə Binəqədi rayonunun balaca sakinləri “Hərəyə bir bayraq verək” aksiyası keçirdilər

24 may 2017 | 11:00

24 may tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi rayon bələdiyyəsinin təşkilatçılığı ilə 28 May Respublika Günü münasibətilə Binəqədi rayonunun balaca sakinləri “Hərəyə bir bayraq verək” aksiyası keçirdilər.
“Hərəyə bir bayraq verək” aksiyası rayonun 158 saylı körpələr evi–uşaq bağçasının balaca fidanlarının iştirakı ilə baş tutdu.      
Balaca fidanlar hərbi formada ilk öncə çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında girişlərində, dam və zirzəmilərində təmir işləri aparılan yaşayış binalarının sakinləri ilə görüşdü və onlara bayraqlar hədiyyə etdilər.
Daha sonra əraziləri gəzərək əllərindəki üçrəngli bayraqları veteranlara, qocalara, təqaüddə olan ağsaqqallara, məktəblilərə, səhiyyə sahəsində çalışan işçilərə, rayonun musiqi mərkəzlərində çalışan əməkdaşlara, o cümlədən, ərazidə Azadlıq prospekti boyunca çalışan fəhlələrə, avtobus dayanacaqlarında duran sürücülərə və öz həmyaşıdlarına payladılar. Bütün sakinlər tərəfindən maraqla qarşılanan “Hərəyə bir bayraq verək” aksiyası hamıda şən əhval yaratdı. 
Aksiyanın sonunda Binəqədi rayon bələdiyyəsi tərəfindən balaca fidanlara çay süfrəsi təşkil edildi.

Keçidlər