Şriftin ölçüsü :

Saytın rəngi :

İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir

26 may 2017 | 11:00

“Bakı-2017” İslam Həmrəyliyi Oyunları eyni zamanda, onu göstərdi ki, Azərbaycanda aparılan düşünülmüş siyasət, o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar, aparılan siyasət bu gözəl nəticəni bizə verdi.
Azərbaycan bu Oyunlarda növbəti qələbə qazandı. Bu parlaq qələbə münasibətilə bütün idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edir və Sizə yeni qələbələr, yeni uğurlar arzulayırıq.
Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir.
Bu Qələbə sevincini bizlərə yaşadan idmançılar sırasında rayonumuzun idmançılarını - Rüstəm Orucov (cüdo üzrə - gümüş medal),  Elçin Eminov, Bayram Şammədov (uşu idman növü üzrə - gümüş medal) bütün Qələbə çalmış idmançılarımızın timsalında təbrik edirik. Qoy hər zaman Qələbələr Sizlərlə olsun!

Keçidlər