Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin Azərbaycan Dövlət Filarmoniyasında dünyaşöhrətli musiqiçi Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konserti keçirildi

23 may 2017 | 11:00

23 may 2017-ci il tarixində Binəqədi rayonu Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin müəllim və şagird kollektivinin Azərbaycan Dövlət Filarmoniyasında dahi sənətkar, dünyaşöhrətli musiqiçi Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konserti keçirildi.
Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, tanınmış ziyalılar, musiqi məktəblərinin direktorları iştirak etdilər.
Konsert proqramında dünyaşöhrətli musiqiçi Müslüm Maqomayevin “Elegiya”, “Azərbaycan” mahnıları səsləndi və digər bəstəkarların mahnıları ifa edildi. O cümlədən, Tofiq Quliyevin “Zibeydə”, “Sənə də qalmaz”,  Ü.Hacıbəylinin “Sənsiz” əsərləri və digər dünya şöhrətli bəstəkarların əsərləri səsləndirildi.
Eyni zamanda Konsertdə M.Maqomayevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi, proqramda onun repertuarında yer alan bütün janrlardan olan əsərlər təqdim olundu. Məktəbin Respublika müsabiqələri laureatı və diplomantı olan xor kollektivi, skripkaçılardan ibarət "Fantaziya" qrupu, gənc solistlər Əliyev Aslan, Quluzadə Zeynəb, Əliyeva Mehriban, Həmzəyeva Səma, Əhməd Xəyal, Ağabəyli Mehriban, Əliyev Fikrət, Quliyev Ərəstun, və Abbaslı İlyas M.Maqomayevin ən gözəl mahnılarını məharətlə ifa etdilər.
Konsertin sonunda Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin kollektivinə gül çələngi təqdim edilərək uğurlu hesabat konserti münasibətilə təbrik çatdırıldı.

Keçidlər