Şriftin ölçüsü :

Saytın rəngi :

Həftə ərzində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında

28 aprel 2013 | 10:00

Həftə ərzində (22-27 aprel) rayon ərazisində ümumilikdə 67 ünvanda  su axıntıları olan boruların və 2 nasosxananın təmiri aparılıb, 154 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
TM-5-TM-15 arası 6kv-luq kabel xəttinin yeri qazılaraq XLPE tipli kabel çəkilib. Yeni quraşdırılmış KTM-246-2-də 3 ədəd 0,4 kv-luq dayaqlar quraşdırılıb. TM-843-dən bina 9-a gedən 0,4 kv-luq kabel dəyişdirilib. Koroğlu küçəsində TM-675-də yeni müasir tipli elektrik avadanlıqları quraşdırılıb, 2 ədəd 6/1000 kv gücündə transformator quraşdırılıb.
Dərnəgül yaşayış massivində məcburi köçkünlərin elektrik təchizatı yeni SİP xətti ilə əvəz edilib. Kabel XLPE 4x70mm L=890m, 2x10 L=2300m dəyişib. Azadlıq prospektinə 35 p/m yanmış kabel, 8-ci mikrorayonda 19,21,81 saylı binaların qarşısında 6 ədəd dəmir beton dirək, 8-ci mikrorayonda 91 saylı binanın qarşısında və İ.Dadaşov küçəsində yanmış kabel, 50 p/m, 6-cı mikrorayon Ə.Məmmədov küçəsində 40 p/m yanmış kabel, C.Enesku adına parkda 40 p/m yanmış kabel dəyişdirilib.
Binəqədi QİS ərazisində 643 p/m qaz xətti çəkilib, 3400 p/m qaz xətti boyanıb, 207 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayon 5a/15 saylı yaşayış binasının istilik xətlərində d-76mm 80 p/m boru dəyişdirilib,  siyirtmələr təmir edilib. 8-ci mikrorayon 2, 4, 24 və 187 saylı binalarin istilik sistemində  d-57mm 10 p/m boru dəyişdirilib. II tranzit və 3022-76-78 ci məhəllədə istilik məntəqələrində 8 ədəd siyirtmə dəyişdirilib. 7-ci və 8-ci mikrorayon ərazilərində binaların 124 girişlərində təmir işləri davam etdirilir. Həftə ərzində 2750 p/m nov və novalça dəyişdirilib. 9-cu mikrorayon ərazisində 88 ədəd həyətlərin işıqlandırılması üçün dirəklər quraşdırılıb.
32 p/m kanalizasiya  və 13 p/m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Həftə ərzində 6-cı mikrorayon ərazisində binaların damlarında 975 m2 yumşaq dam örtüyü təmir edilib.

Keçidlər