Şriftin ölçüsü :

Saytın rəngi :

158 saylı körpələr evi-uşaq bağçasında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirildi

24 may 2017 | 11:00

24 may 2017-ci il tarixində Binəqədi rayonu 158 saylı körpələr evi-uşaq bağçasında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər birliyinin üzvü Sevinc Əzimzadə, 158  saylı körpələr evi-uşaq bağçasının müdiri Rəfiyyə Əsədova, bağçanın kollektivi və uşaq kontingenti iştirak etdilər.
Tədbirdə əvvəlcə körpələrin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin üzvü Sevinc Əzimzadə, 158 saylı körpələr evi-uşaq bağçasının müdiri Rəfiyyə Əsədova 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gündən danışdılar. Qeyd olundu ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir.
Sonra 158 saylı körpələr evi-uşaq bağçasının bir neçə qrupunun təşkil etdiyi ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi. Balacalar Vətənə həsr olunmuş şeirlər dedilər, mahnılar oxudular və rəqs etdilər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Ərazi İlk Partiya Təşkilatının sədri Rəfiyyə  Əsədova partiya sıralarına yeni üzv qəbul edilən şəxslərə partiya üzvlük vəsiqələri təqdim etdi.

Keçidlər