Binəqədi rayonu, 283 saylı məktəbdə 28 May - Respublika gününə həsr edilmiş tədbir keçirildi
26 may 2017-ci il tarixində Binəqədi rayonu, 283 saylı məktəbdə “Müstəqilliyim varlığım mənim” adlı 28 May - Respublika gününə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər.
Məktəblilərin hazırladığı tədbirdə müasir və müstəqil azərbaycançılıq ideyaları nümayiş edildi və vətənpərvərlik nümunələri göstərildi. O cümlədən, şagirdlər Azərbaycan Xalq Cumhuriyyətinin 99-cu ildönümü ilə bağlı geniş məlumatlar verdilər, azərbaycan, rus və ingilis dillərində şeirlər, müstəqilliyimizə həsr edilmiş şüarlar nümayiş etdirdilər.
Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova 28 May – Respublika günü münasibətilə müəllim və şagirdləri təbrik etdi, tədbir üçün sinif müəllimi və valideynlərə təşəkkürünü bildirdi. Natiq çıxışında yüksələn Azərbaycan bayrağının Ulu Öndər Heydər Əliyevin siyasi ideologiyasının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da qürurla işğaldan azad ediləcək torpaqlarımızda dalğalanacağına əminliyini bildirdi.