Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda ”Vergi” olimpiadası layihəsi çərçivəsində Biləcəri qəsəbəsində yerləşən məktəblərin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi

27 may 2017 | 11:00

Binəqədi rayonunda ”Vergi” olimpiadası layihəsi çərçivəsində Biləcəri bələdiyyəsi İctimai-humanitar sektorunun təşkilatçılığı ilə Biləcəri qəsəbəsində fəaliyyət göstərən 7 tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi.
27.05.2017-ci il tarixində 299 saylı məktəb-liseydə keçirilən müsabiqədə 3 (III-V, VI-VIII, IX-XI siniflər) qrup üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirdilər.
Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirildi.
Müsabiqədə 298 saylı məktəbin 3 “a” sinif şagirdi Vasif Niftəliyev, 299 saylı məktəbin 8 “b” sinif şagirdi Zeynəb Əmiraslanova və 299 saylı məktəbin 9 “a” sinif şagirdi Cavidan Sevdimli birinci yerə, 300 saylı məktəbin 4 “a” sinif şagirdi Orxan Şıxıyev, 297 saylı məktəbin 8 “l” sinif şagirdi Əsəd Əliyev və 297 saylı məktəbin 9 “l” sinif şagirdi Zaur Cabbarlı ikinci yerə, 298 saylı məktəbin 3 “b” sinif şagirdi Leyla Hüseynli, 298 saylı məktəbin 8 “b” sinif şagirdi Turə Rəcəbova və 298 saylı məktəbin 10-cu sinif şagirdi Ayşən Hüseynova üçüncü yerə layiq görüldülər.
Qaliblərə Biləcəri bələdiyyəsi tərəfindən təsis edilmiş diplom, həvəsləndirici  sertifikatlar  və hədiyyələr təqdim edildi.
Qaliblərə olimpiadanın rayon mərhələsində uğurlar diləyirik!

Keçidlər