Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 244 №-li tam orta məktəbin komandası Bakı şəhər məktəbliləri arasında keçirilən mini-futbol üzrə turnirin qalibi oldular

26 may 2017 | 11:00

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 24 may 2017-ci il tarixində Nərimanov rayonu ərazisində yerləşən 200 №-li məktəb-lisey kompleksinin mini-futbol meydançasında Bakı şəhər məktəbliləri arasında mini-futbol üzrə turnir keçirildi.
Yarışın rəsmi açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova yarış iştirakçılarını salamladılar, onlara müvəffəqiyyətlər arzuladılar.
Paytaxt məktəblərinin V-VI sinif şagirdlərinin iştirakı ilə keçirilən yarışın nəticəsinə görə birinci yeri Binəqədi rayonu 244 №-li tam orta məktəbin komandası, ikinci yeri Nizami rayonu 220 №-li məktəb-liseyin komandası, üçüncü yeri Xətai rayonu 245 №-li tam orta məktəbin komandası tutdular.
Yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olundular.
Binəqədi rayonunu uğurla təmsil edən 244 №-li tam orta məktəbin komandasını təbrik etmək üçün mayın 26-da keçirilmiş tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, məktəbin direktoru Yəhya Abbasov, məktəbin idman müəllimləri və şagirdləri iştirak etdilər. Tədbirdə çıxış edən İdarə rəisi Qüdsi Bayramov və direktor Yəhya Abbasov qalib komandanı təbrik edərək, onlara təhsildə uğurlar dilədilər. Sonra komandanın üzvlərinə İdarə tərəfindən xatirə hədiyyələri təqdim olundu.

Keçidlər