Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Məktəblilərlə Bir Yoldayıq” layihəsi çərçivəsində məktəblilərə təlim keçirildi

27 may 2017 | 11:00

Bakı Nəqliyyat Agentliyinin “Bir Yoldayıq” sosial maarifləndirmə kampaniyası çərçivəsində “Məktəblilərlə Bir Yoldayıq” layihəsinə start verilib. Layihə çərçivəsində paytaxtın orta məktəblərində aşağı sinif şagirdləri xüsusi təlimlərə cəlb ediləcək. İlk təlimlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda yerləşən 126, 244 və 246 saylı orta məktəblərində təhsil olan 300 nəfərə yaxın şagird üçün təşkil edildi.
Təşkil edilən təlimlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, şöbənin baş məsləhətçisi Seymur Hacıyev, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri, məktəblərin direktorları və şagirdləri iştirak etdilər.
Bakı Nəqliyyat Agentliyi Sürücü Təlim Mərkəzinin təlimçisi şagirdlərə yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı məlumat verdi. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması diqqətə çatdırıldı. Şagirdlərin marağını artırmaq üçün təlimlər interaktiv keçirildi, viktorinalar təşkil edildi. Eyni zamanda, məktəblilərə Bakı Nəqliyyat Agentliyinin azyaşlılar üçün hazırladığı “İctimai Nəqliyyatda Davranış Qaydaları” adlı şəkilli izahat kitabçaları təqdim olundu. Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırıldı.
“Bir Yoldayıq” kampaniyasının əsas məqsədi, yol hərəkəti iştirakçılarının, o cümlədən piyada, sürücü və sərnişinlərin innovativ vasitələrdən istifadə etməklə maarifləndirilməsidir.

Keçidlər