296 saylı körpələr evi–uşaq bağçasında bayram tədbiri keçirildi
1 iyun tarixində Binəqədi rayonunda 296 saylı körpələr evi–uşaq bağçasında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə və “Əlvida bağça, salam məktəb” devizi altında bayram tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər birliyinin üzvü Sevinc Əzimzadə, 296 saylı körpələr evi-uşaq bağçasının müdiri Elza Umudova, bağçanın kollektivi, valideynlər və uşaq kontingenti iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, 296 saylı körpələr evi-uşaq bağçasının müdiri Elza Umudova Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə imzalanmış 22 dekabr 2008-ci il tarixli Sərəncamını xatırlatdılar. Həmin Sərəncama əsasən 2009-cu ilin "Uşaq ili" elan olunmasını vurğuladılar. Bildirildi ki, uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir.
Bayram proqramı bir-birindən maraqlı nömrələrlə zəngin oldu. Uşaqlar bağça dövründə qazandıqları bilik və bacarıqları məharətlə nümayiş etdirdilər. Onlar vətənpərvərlik, bağça və məktəb mövzularında Azərbaycan və rus dillərində şeirlər söylədilər, mahnılar oxudular, səhnəciklər nümayiş etdirdilər.
Tədbirin yadda qalan məqamlarından biri də valideyinlərin iştirakı ilə qurulmuş səhnəcik idi. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.
Tədbirin sonunda uşaqlara “Məzun” fotoalbomu və xatirə hədiyyələri təqdim olundu.