Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda ”Vergi” olimpiadası layihəsi çərçivəsində Xocasən qəsəbəsində fəaliyyət göstərən 4 tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi

02 iyun 2017 | 11:00

Binəqədi rayonunda ”Vergi” olimpiadası layihəsi çərçivəsində Xocasən bələdiyyəsi İctimai-humanitar sektorunun təşkilatçılığı ilə Xocasən qəsəbəsində fəaliyyət göstərən 4 tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi.
2 iyun 2017-ci il tarixində 217 saylı məktəbdə keçirilən müsabiqədə 3 (III-V, VI-VIII, IX-XI siniflər) qrup üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirildi.
Müsabiqədə 217 saylı məktəbin 10ç sinif şagirdi Kərimli Əfsanə, 217 saylı məktəbin 7c sinif şagirdi Canəlizadə Leyla və 103 saylı məktəbin 4c sinif şagirdi İsmayılova Qumral birinci yerə, 217 saylı məktəbin 10d sinif şagirdi Əhmədli Cahid, 217 saylı məktəbin 5b sinif şagirdi Məmmədova Aynur və 103 saylı məktəbin 5a sinif şagirdi Xəlilzadə Kənan və 7c sinif şagirdi Həsənli Səlcuq ikinci yerə, 217 saylı məktəbin 5b sinif şagirdi Məmmədova Aynur, 103 saylı məktəbin 10b sinif şagirdi Əliyeva Aytac və 7c sinif şagirdi Tahirov Tağı üçüncü yerə layiq görüldülər.
Yarış ümumilikdə 4 məktəb arasında (103, 217, 306, 313) keçirildi. Qaliblərə diplom, həvəsləndirici sertifikat və hədiyyələri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri Seymur Hacıyev, Asəf Vəliyev və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov təqdim etdilər.

Keçidlər