Sakinlərin Müraciət Xidmətinə 2017-ci ilin may ayında daxil olan müraciətlər haqqında hesabat
Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, İcra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin icra hakimiyyətinə çatdırılması baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Xidmət bütün müasir avadanlıqlarla və sürətli komunikasiya sistemi ilə təchiz edilmiş, 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.
2017-ci il may ayı üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılan zənglərin sayı 1967, birbaşa cavablandırılan zənglərin sayı 1459, yaradılan əks əlaqələrin sayı 666, günlük orta zəng sayı 63, tərtib edilən şikayət vərəqələrinin sayı 508 olub.
Şikayət xarakterli müraciətin 508-nin icrası təmin edilib, o cümlədən 386-sı və ya 76 %-i tam həll olunub, 72-si və ya 14,2 %-i qismən həll edilib, 50-si və ya 9,8 %-nə müvafiq izahat verilərək həll edilib.
May ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 215-i və ya 42,3 %-i su-kanalizasiya, 188-i və ya 37 %-i qaz təchizatı, 47-si və ya 9,3 %-i lift problemləri, 37-si və ya 7,3 %-i sakinləri narahat edən digər məsələlər, 12-si və ya 2,4 %-i elektrik təchizatı ilə bağlı, 5-i və ya 1 %-i zibil və tullantılar ilə əlaqədar, 3-ü və ya 0,5 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 1-i və ya 0,2 %-i yaşıllaşdırma idarəsi ilə bağlı olub.
Xidmətə ay ərzində 15 təşəkkür müraciəti daxil olub.