Şriftin ölçüsü :

Saytın rəngi :

298 saylı körpələr evi–uşaq bağçasında “Əlvida bağça, salam məktəb”tədbiri keçirildi

02 iyun 2017 | 11:00

2 iyun tarixində Binəqədi rayonunda 298 saylı körpələr evi–uşaq bağçasında “Əlvida bağça, salam məktəb” devizi altında bayram tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Biləcəri bələdiyyəsinin əməkdaşları, 298 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Əhmədova, 297 saylı tam orta məktəbin direktoru Nailə Cəfərova, ASAN Könüllüləri, bağçanın kollektivi, valideynlər və uşaq kontingenti iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, 298 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Əhmədova Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixdə imzalanmış Sərəncamı xatırlatdılar. Həmin Sərəncama əsasən  2009-cu ilin "Uşaq ili" elan olunmasını vurğuladılar. Bildirildi ki, uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. 
Bayram proqramı bir-birindən maraqlı nömrələrlə zəngin oldu. Uşaqlar bağça dövründə qazandıqları bilik və bacarıqları məharətlə nümayiş etdirdilər. Onlar vətənpərvərlik, bağça və məktəb mövzularında şeirlər söylədilər, səhnəciklər nümayiş etdirdilər.

Keçidlər