Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri bələdiyyəsində növbəti görüş keçirildi

05 iyun 2017 | 11:00

5 iyun 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, İnformasiya təminatı və təhlil sektorunun müdiri Nicat Allahverdiyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri Rayon İcra Hakimiyyəti başçısı yanında “İctimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi”nə həsr olunmuş 31.05.2017-ci il tarixli şura iclasının qərarı ilə təsdiq edilmiş “Binəqədi Rayon İcra Hakimiyyətində ictimai-siyasi və təbliğat işinin təşkilinə dair” Tədbirlər Planında qeyd edilən məsələlərin müzakirəsi ilə əlaqədar olaraq Binəqədi rayonu Biləcəri bələdiyyəsində oldular.
llk öncə Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri Biləcəri bələdiyyəsinin inzibati binası ilə tanış oldu, şöbə və daimi komissiyaların fəaliyyəti ilə bağlı məlumatlandırıldılar.
Daha sonra bələdiyyənin əməkdaşları ilə keçirilən görüş zamanı bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əhali arasında təbliği hər bir bələdiyyə əməkdaşının gündəlik vəzifəsidir və təbliğatın əsasında isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışları, nitqləri, müsahibələri və məqalələri dayanmalıdır. Bunun üçün də hər bir əməkdaş bu çıxışları dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz onlara söykənməlidirlər.
Bununla yanaşı, keçirilən görüşdə bələdiyyədə şöbələrarası koordinasiyanın gücləndirilməsi, bələdiyyənin “İctimai-humanitar” sektorunun qəsəbədə təbliğat-təşviqat işlərinə daha fəal cəlb olunması ilə bağlı fikir mübadiləsi aparıldı.

Keçidlər