Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında “Dama”, “Şahmat” və “Nərd” birincilikləri keçirildi

03 iyun 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “İctimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi haqqında” 2017-ci il 2 iyun tarixli 130 nömrəli sərəncamının icrasına uyğun olaraq, 2-3 iyun 2017-ci il tarixlərdə Binəqədi rayonu Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə sakinlər arasında “Dama”, “Şahmat” və “Nərd” oyunları üzrə rayon birincilikləri keçirildi.
Yarışın nəticələrinə görə “Dama” idman növü üzrə Sultan Mirzəyev birinci, Teyyub Həsənov ikinci, Sabir Muradov üçüncü yerə; “Şahmat” idman növü üzrə İbrahim Seyidov birinci, Səyyad Əliyev ikinci, Sabit Hacıyev üçüncü yerə; “Nərd” idman növü üzrə Mahmud Məmmədov birinci, Aydın Babayev ikinci, Əli Kazımov üçüncü yerə layiq görüldülər.
Sonda qaliblər Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov və R.Aboyev adına mədəniyyət və istirahət parkının direktoru Fikrət Urucəliyev iştirak etdilər, qaliblərə möhkəm cansağlığı və uğurlar dilədilər.

Keçidlər