Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrlə Rayon İcra Hakimiyyətində işgüzar görüş keçirildi.
2017-ci il iyunun 6-da Binəqədi Rayon İcra Hakimiyyətində Rayonda fəaliyyət göstərən bələdiyyələrlə növbəti işgüzar görüş keçirilmişdir.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, bələdiyyə sədrləri, bələdiyyə sədrlərinin müavinləri və şöbə müdirləri iştirak etmişlər.Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirlərinin, bələdiyyələrin rəhbərlərinin və şöbə müdirlərinin may ayı ərzində vergi və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər, vətəndaşların qəbulu və bu sahədə aparılan işlər, məişət tullantılarının daşınması və ərazinin sanitar təmizliyinin vəziyyəti, bələdiyyələrdə Humanitar sektorların fəaliyyəti və bələdiyyə sədrləri tərəfindən səyyar görüşlərin keçirilməsi, həmin görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti, ictimai-humanitar sektorların fəaliyyət istiqamətləri və görüləcək işlərin təkmilləşdirilməsi baxımından təkliflər barəsində ətraflı məlumatlar dinlənilmişdir. Sonra görüşdə müzakirə olunan məsələlər barəsində geniş fikir mübadiləsi aparılmış və müvafiq tövsiyələr verilərək bildirilmişdir ki, aprel ayının yekunlarına həsr olunmuş görüşdən sonra bələdiyyələr tərəfindən aparılan məqsədyönlü tədbirlər nəticəsində vergi və rüsumların yığılmasında nəzərə çarpacaq dərəcədə artım baş vermiş və bu artım dinamikası saxlanılmalıdır.Həmçinin qeyd edilmişdir ki, bələdiyyələrin mövcud potensialından daha səmərəli istifadə etmək üçün hələ çox işlər görülməlidir. İclasda bələdiyyələrin vergi və rüsumların yığılması, bələdiyyə gəlirlərinin artırılması, bələdiyyələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması və iqtisadi imkanlarının artırılması məqsədi ilə təklif və tövsiyələr səsləndirilmiş, növbəti ayların fəaliyyət istiqamətləri və hədəfləri müəyyənləşdirilmişdir.