Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda növbəti məlumat saatı keçirildi

08 iyun 2017 | 11:00

8 iyun 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində növbəti “Məlumat saatı” keçirildi.
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, bələdiyyələr, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri və Yeni Azərbaycan Partiyasının fəal gəncləri iştirak etdilər.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva məlumat saatının proqramı haqqında məlumat verdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2017-ci il tarixdən 8 iyun 2017-ci il tarixinədək keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzaladığı Fərman  və  Sərəncamlar  barədə geniş təqdimatla çıxış etdi. Natiq çıxışında bildirdi ki,  tədbirlər, görüşlər, təltiflər, imzalanan qanunvericilik aktları bir daha onu təsdiq edir ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında azərbaycan vətəndaşı dayanır və ölkə başçısının məqsədyönlü siyasəti ölkəmizin xoşbəxt gələcəyinə, əhalinin sosial rifahının yaxşılaşmasına, cəmiyyətimizin sosial-iqtisadi və mədəni inkişafına hesablanmışdır.
Təqdimatdan sonra məlumat saatı mövzu əsasında müzakirələrlə yekunlaşdı.

Keçidlər