Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon Məşğulluq Mərkəzində iclas keçirildi

06 iyun 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılovun iştirakı ilə 6 iyun 2017-ci il tarixində Binəqədi Rayon Məşğulluq Mərkəzində iclas keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, Mərkəzin direktoru Güləhməd Bağırov və əməkdaşları iştirak etdilər.
İclasda rayonun sosial-iqtisadi fəaliyyəti, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması istiqamətində müzakirələr aparıldı. Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov görüş zamanı bildirdi ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsi” Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı və s. ölkəmizdə iqtisadiyyatın yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.  O cümlədən, natiq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 31 may 2017-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə “İctimai-siyasi və təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi” mövzusunda  Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də uğurla davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Bundan əlavə olaraq iclasda Vüsar İsmayılov müzakirələr apararaq  əmək bazarının tənzimlənməsi, ölkə vətəndaşlarının məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər haqqında öz fikirlərini səsləndirdi.  Həmçinin 2016-ci ildə qeyri neft sektorunun və sahibkarlıq fəaliyyətinin inkişafı nəticəsində yeni iş yerlərinin yaradılması, o cümlədən “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli Sərəncamının icrası ilə bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya iclasında təsdiq edilmiş “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Tələbləri” əsasında görülmüş işlərlə yaxından tanış oldu. Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşların  şəxsi biznesinin qurulması o cümlədən inkişaf etdirilməsi üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədi ilə təşkil olunmuş təlimlərlə əlaqədar mərkəzin əməkdaşları ilə birgə bu barədə geniş fikir mübadiləsi apardı. 
Eyni zamanda Heydər Əliyev məfkurəsinin geniş təbliği, Cənab Prezidentin gördüyü işlərin təbliğatı ilə bağlı, Müharibə və əmək veteranlarına xüsusi diqqət, təhsil və səhiyyə məsələləri, vətəndaşların müraciətinə baxılarkan ideoloji işin təşviqi, əhalinin məşğulluğunun təmin edilməsi, əhalinin sosial müdafiəsi və s. mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

Keçidlər