Şriftin ölçüsü :

Saytın rəngi :

283 nömrəli məktəbdə imzalı görüş layihəsi çərçivəsində millət vəkili, həkim, jurnalist və yazar Qənirə Paşayeva ilə görüş keçirildi

05 iyun 2017 | 11:00

     5 iyun 2017-ci il tarixində Binəqədi rayonu, 283 nömrəli məktəbdə şagirdlərin mütaliə vərdişlərini təkmilləşdirmək məqsədi ilə imzalı görüş layihəsi çərçivəsində millət vəkili, həkim, jurnalist və yazar Qənirə Paşayeva ilə “Özümə yolçuluq” adlı görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya sektorunun müdiri Bəşarət Məmmədov, Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev, 284 nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov, 14 nömrəli tam orta məktəbin direktoru Hürzad Verdizadə iştirak etdilər.
Görüşdə müəllifin “Özümə yolçuluq” adlı həyat fəlsəfəsi, yaradıcılıq fəaliyyəti işıqlandırıldı. Qənirə xanımın sözlərinə yazılan mahnılar, şeirlər, dəyərli fikirlər və bədii kompozisiyalar şagirdlər tərəfindən təqdim olundu.
Çıxış edən millət vəkili Qənirə xanım tədbir iştirakçılarına və məktəb kollektivinə dərin təşəkkürünü bildirdi. Bu tədbirin ona uşaqlıq illərini xatırlatdığını, xoş anlar yaşatdığını söylədi. Şagirdlərə bir-birindən dəyərli tövsiyələr etdi.
Sonda “Səni Allaha eşq götürür” adlı imzalı kitablarını şagirdlərə hədiyyə etdi.

Keçidlər