Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 297 və 299 nömrəli tam orta məktəblərdə görüş keçirildi

06 iyun 2017 | 11:00

6 iyun 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və şöbənin baş məsləhətçisi Elnur Məmmədov Rayon İcra Hakimiyyəti başçısı yanında “İctimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi”nə həsr olunmuş 31.05.2017-ci il tarixli Şura iclasının Qərarı ilə təsdiq edilmiş “Binəqədi Rayon İcra Hakimiyyətində ictimai-siyasi və təbliğat işinin təşkilinə dair” Tədbirlər Planında qeyd edilənlərin müzakirəsi ilə əlaqədar olaraq Binəqədi rayonu 297 və 299 nömrəli tam orta məktəblərdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, nüfuzlu və təhsildə uğur qazanmış müəllimlərin iştirakı ilə görüş keçirdilər.
Görüş zamanı bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əhali arasında təbliği hər bir Azərbaycan ziyalısının gündəlik vəzifəsidir və təbliğatın əsasında isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışları, nitqləri, müsahibələri və məqalələri dayanmalıdır. Bunun üçün də hər bir əməkdaş bu çıxışları dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz onlara söykənməlidirlər.
Bununla yanaşı keçirilən görüşdə cənab Prezidentin rəhbərliyi ilə ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dəyişikliklər və ölkənin ümumi inkişafına istiqamətlənmiş fərman və sərəncamlar müzakirə olundu. Xüsusilə son illərdə ölkə rəhbərliyinin qayğısı nəticəsində təhsildə əldə olunan uğurlar və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Keçidlər