100 nömrəli tam orta məktəbdə “Musiqi – ruha qida, əmək – xoşbəxtliyin açarı, rəsm –xəyallarımızın təsviridir” adlı illik hesabat tədbiri keçirildi
Binəqədi rayonunda “Musiqi – ruha qida, əmək – xoşbəxtliyin açarı, rəsm –xəyallarımızın təsviridir” adlı illik hesabat tədbiri keçirildi.
İyunun 5-də 100 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, M.Ə.Rəsulzadə bələdiyyəsinin İctimai-humanitar sektorunun müdiri Günel Vahabzadə iştirak etdilər.
Tədbirdə müxtəlif musiqi nömrələri, rəqslər, video çarxlar, Üzeyir Hacıbəyovun “Arşın mal alan” komediyasından səhnəcik, ibtidai sinif şagirdlərinin peşələrlə bağlı çıxışları, skripkaçıların musiqi nömrələri təqdim olundu.
Daha sonra məktəbin direktoru Gülnarə Məmmədova çıxış üçün söz alaraq, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
Sonda söz qonaqlara verildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov məktəbin daim yenilikçi təşəbbüslərə açıq olmasının müsbət nümunə olduğunu bildirdi.
R.Həsənov çıxışında qeyd etdi ki, bu gün ölkəmizdə bütün yönlərdə – hərbi, təhsil, siyasi, iqtisadi və digər sahələrdə təmsil olunan gənclərin qazandığı uğurların, nailiyyətlərin hamısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub. Bu gün Azərbaycanda gənclər siyasəti uğurlu şəkildə həyata keçirilir.
Tədbirin sonunda məktəbin müəllim- şagird kollektivi ilə xatirə şəkli çəkdirildi.