Şriftin ölçüsü :

Saytın rəngi :

”Vergi” olimpiadası layihəsi çərçivəsində Binəqədi qəsəbəsində fəaliyyət göstərən məktəblərin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi

07 iyun 2017 | 11:00

7 iyun tarixində Binəqədi rayonu üzrə ”Vergi” olimpiadası layihəsi çərçivəsində Binəqədi qəsəbə bələdiyyəsinin İctimai-humanitar sektorunun təşkilatçılığı ilə qəsəbədə fəaliyyət göstərən 3 tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi.
182 saylı tam orta məktəbdə keçirilən müsabiqədə 3 (III-V, VI-VIII, IX-XI siniflər) qrup üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirdilər.
Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirildi.
Qaliblərə diplom, həvəsləndirici sertifikat və "Ali və Nino" kitab evindən olan hədiyyə kuponlarını Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Seymur Hacıyev, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, iştirakçı məktəblərin rəhbərləri təqdim etdilər.

 

Keçidlər