Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Vergi olimpiadası layihəsi çərçivəsində Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən məktəblərin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi

08 iyun 2017 | 11:00

Binəqədi rayonu üzrə Vergi olimpiadası layihəsi çərçivəsində M.Ə.Rəsulzadə bələdiyyəsinin İctimai-humanitar sektorunun təşkilatçılığı ilə Rəsulzadə  qəsəbəsində fəaliyyət göstərən 5 tam orta məktəbin (99, 100, 115, 30, 143) şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi.
8 iyun 2017-ci il tarixində qəsəbə ərazisində yerləşən Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə keçirilən müsabiqədə 3 (III-V, VI-VIII, IX-XI siniflər) qrup üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirildi.
Müsabiqədə birinci yerə 100 saylı məktəbin 5b sinif şagirdi Fətəliyeva Mənsurə Eldar qızı, 30 saylı məktəbin 6b sinif şagirdi Gözəlov Qoca Rasim oğlu, 115 saylı məktəbin 9d sinif şagirdi Məhcanova Jalə Faiq qızı birinci yerə və 115 saylı məktəbin 7d sinif şagirdi Nuriyeva Nəzirə Rövşən qızı, 115 saylı məktəbin 5a sinif şagirdi Zeynallı Rəvan Cavid oğlu, 115 saylı məktəbin 9a sinif şagirdi Qəfərli Aqşin Habil oğlu ikinci yerə, 99 saylı məktəbin 3-cü sinif şagirdi İmanlı Aysu, 30 saylı məktəbin 7a sinif şagirdi Zeynalova Nəzrin Habil qızı, 30 saylı məktəbin 9b sinif şagirdi Xudaverdi Şəms Elbrus qızı üçüncü yerə layiq görüldülər.
Qaliblərə diplom və hədiyyələr, iştiraklarına görə isə həvəsləndirici sertifikat və hədiyyələri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və İctimai-humanitar sektorun müdiri Günel Vahabzadə təqdim etdilər.

Keçidlər