Binəqədi Rayon İcra Hakimiyyətində əməkdaşlar üçün ingilis-dili kurslarına start verildi
09 iyun 2017 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətində əməkdaşlar üçün ingilis dili kurslarına start verildi. Bu məqsədlə qrupları müəyyən etmək üçün sınaq testi keçirildi.
Keçirilən testdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları iştirak etdilər. Test zamanı əməkdaşlara 20 sual verildi, 40 dəqiqə ərzində əməkdaşlar test tapşırıqlarını cavablandırdılar.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bu barədə bildirdi ki, yaşadığımız cəmiyyətdə dil bilgilərinin yüksək səviyyədə olması olduqca əhəmiyyətlidir. A.Əliyeva başlayacaq kursların mahiyyəti və proqramı haqqında da geniş məlumat verdi.
Dərslərin gələn həftədən etibarən başlanması nəzərdə tutulub.