Şriftin ölçüsü :

Saytın rəngi :

”Vergi” olimpiadası layihəsi çərçivəsində Binəqədi rayon bələdiyyəsinin inzibati ərazisində fəaliyyət göstərən məktəblərin şagirdlərinin iştirakı ilə müsabiqə keçirildi

08 iyun 2017 | 11:00

Binəqədi rayonu üzrə ”Vergi” olimpiadası layihəsi çərçivəsində Binəqədi rayon bələdiyyəsinin İctimai və humanitar sektorunun təşkilatçılığı ilə inzibati ərazidə fəaliyyət göstərən 13 tam orta məktəbin şagirdlərinin iştirakı ilə 8 iyun 2017-ci il tarixində müsabiqə keçirildi.
Binəqədi rayon Gənclər evində keçirilən müsabiqədə 3 qrup (III-V, VI-VIII, IX-XI siniflər) üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdirdilər.
Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirildi.
Müsabiqədə birinci yerləri 3 saylı orta məktəbin şagirdi Məmmədov Əli, 126 saylı məktəbin şagirdi Süleymanov Vahid, 83 saylı məktəbin şagirdi Əliyev Kənan, ikinci yerləri 144 saylı məktəbin şagirdləri Bayramov Mirələm, Sultanov Nicat, 276 saylı məkətbin şagirdi Məmmədli Dəniz, üçüncü yerləri isə 3 saylı məktəbin şagirdi Vəliyev Mustafa, 244 saylı məktəbin şagirdləri Məmmədli Səma və Ağaməmmədova Aysu tutaraq qalib oldular.
Qaliblərə diplom, həvəsləndirici sertifikat və hədiyyə kuponlarını Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Seymur Hacıyev, Asəf Vəliyev və Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı təqdim etdilər.

Keçidlər