Rəsulzadə qəsəbəsi sakinlərindən olan 150 ailəyə qarşıdan gələn Ramazan bayramı münasibəti ilə bayram sovqatı təqdim edildi
09 iyun 2017 | 11:00
9 iyun 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında 9 saylı Binəqədi II Seçki Dairəsindən Milli Məclisə üzv seçilmiş Kamələddin Qafarov tərəfindən seçki dairəsi ərazi hüdudlarını əhətə edən M.Ə.Rəsulzadə qəsəbə sakinlərindən olan 150 ailəyə qarşıdan gələn Ramazan bayramı münasibəti ilə bayram sovqatı-ərzaq bağlaması təqdim edildi.
Tədbirdə çıxış edən deputat Kamələddin Qafarov və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov sakinlərin bayramını təbrik etdilər.