Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 15 İyun - “Milli Qurtuluş günü”nə həsr olunmuş şahmat üzrə “Tələbə” turniri keçirildi

13 iyun 2017 | 11:00

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 13 iyun 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında 15 İyun - “Milli Qurtuluş günü”nə həsr olunmuş şahmat üzrə “Tələbə” turniri keçirildi
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Tələbə gənclərlə iş departamentinin rəhbəri Ləman Cavadzadə, turnirin iştirakçıları-şahmatçılar iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət etdilər.
Turnirin açılış mərasimində çıxış edən natiqlər -  Sevinc Abdullayeva, Qüdsi Bayramov və  Ləman Cavadzadə 15 İyun - “Milli Qurtuluş günü”nün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışdılar.
Çıxışlardan sonra turnirin hakimləri Binəqədi rayonu 3 №-li Uşaq Gənclər Şahmat İdman məktəbinin müəllimləri Xalidə Həsənova və Ramil İmanov iştirakçılara yarışın qaydalarını izah etdilər. Turnirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Bakı şəhərində təhsil alan üzvləri qalibiyyət uğrunda mübarizə apardılar. Turnirin nəticəsinə görə birinci və ikinci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri Fatimə Əhmədova və Aytən Əmrayeva, üçüncü yeri isə Azərbaycan Tibb Universitetinin tələbəsi Rəşad Qədirli tutdular. Qaliblər təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edildilər.

Keçidlər