Binəqədi rayonunda uşaqlar üçün xeyriyyə tədbiri təşkil edildi
14 iyun 2017 | 11:00
İyunun 14-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən "Azərbaycan Uşaqları" İctimai Birliyi uşaq sığınacağından 30 nəfərlik uşaqlar üçün xeyriyyə tədbiri təşkil edildi.
Təşkil edilən tədbirdə bütün uşaqlara geyim, ayaqqabı və ərzaq məhsulları hədiyyə edildi. O cümlədən, Azərbaycanın tanınmış mügənniləri Elnur Məmmədov, Niyam Salami, Nurlan Təhməzli öz ifaları ilə uşaqların əyləncəsinə sevinc qatdılar.