Binəqədi Mərkəzi Mədəniyyət evində ictimai-siyasi və təbliğat işinin təşkilinə dair görüş keçirildi
İyunun 14-də Binəqədi Mərkəzi Mədəniyyət evində Milli Qurtuluş günü ərəfəsində ictimai-siyasi və təbliğat işinin təşkilinə dair görüş keçirildi.
İlk olaraq tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Şahin Səmədov qonaqları salamlayaraq onları bayram münasibətilə təbrik etdi.
Daha sonra Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Binəqədi qəsəbə ərazi ilk partiya təşkilatının sədri Ağabala Musayev, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev çıxış edərək 15 iyun - “Milli Qurtuluş günü”nün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışdılar.
Çıxışlar zamanı bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əhali arasında təbliği hər bir Azərbaycan ziyalısının gündəlik vəzifəsidir və təbliğatın əsasında isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışları, nitqləri, müsahibələri və məqalələri dayanmalıdır. Bunun üçün də hər bir ziyalı bu çıxışları dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz onlara söykənməlidir.
Tədbirin sonunda Mədəniyyət evinin poeziya dərnəyi üzvlərinin ifasında "Əbədiyyət heykəli" adlı kompozisiya səsləndirildi və "Tarixin şanlı səhifələri" adlı sənədli film nümayiş olundu.