Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında həftəlik məlumat

05 may 2013 | 10:00

Həftə ərzində (29 aprel-04 may) rayon ərazisində ümumilikdə 65 ünvanda su axıntıları olan boruların və 4 nasosxananın təmiri aparılıb, 3 ədəd siyirtmə, 30 p/m su xətti dəyişdirilib. Eyni zamanda 124 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
M.Cəlal 99 və 121 saylı binaların giriş paylayıcı lövhələri dəyişdirilib. M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində 0,4 kv-luq elektrik xətləri yeni SİP xətləri ilə əvəz olunub. (Kabel XLPE 4x25mm L=320 dəmir dirək 12 ədəd). Azadlıq prospektində  35 p/m yanmış kabel, 6 ədəd yararsız lampa, 8-ci mikrorayonda N.Nərimanov küçəsində yararsız 12 ədəd lampa və 4 ədəd drossel, 7-ci mikrorayon F.Məlikov küçəsində 12 ədəd yararsız lampa,    6-cı mikrorayon Ü.Hacıbəyov küçəsində 5 ədəd yanmış drossel, 4 ədəd yararsız lampa, Binəqədi şosesi və Biiləcəri qəsəbəsində 85 p/m yanmış kabel, 13 ədəd yararsız lampa dəyişdirilib.
Binəqədi QİS ərazisində 1152 p/m qaz xətti çəkilib, 9500 p/m qaz xətti boyanıb, 241 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
Biləcəri qəsəbəsində 40 ədəd şam ağacı əkilib.   
7-ci mikrorayon 5a/15,26 saylı yaşayış binasının istilik xətlərində və 3 saylı istilik məntəqəsində  d-159mm 15 p/m, d-57mm 5 p/m boru dəyişdirilib, 26 ədəd siyirtmə təmir edilib. 8-ci mikrorayon 2, 24,11, 91, 91a, 58 və 87 saylı binaların istilik sistemində 10 ədəd siyirtmə təmir edilib, d-57mm 4 p/m boru dəyişdirilib. II tranzit və 3022-76-78 ci məhəllədə istilik məntəqələrində NDV-5 markalı nasos təmir edilib. 221 və 536 saylı qazanxanalarda istilik mübadilə aparatları və siyirtrmələr təmizlənmiş və təmir edilib. M.Cəlal 5,7 və 12  saylı binaların istilik xəttində d-80mm 12 ədəd siyirtmələr təmir edilib, 119,133 və 127 saylı binaların istilik xəttində d-32mm 16 p/m boru bərpa edilib.
Həftə ərzində 2245  p/m nov və novalça dəyişdirilib. 9-cu mikrorayon ərazisində 88 ədəd həyətlərin işıqlandırılması üçün dirəklər quraşdırılıb. 45 p/m kanalizasiya  və 18 p/m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Həftə ərzində 6-cı və 7-ci mikrorayon ərazisində binaların damlarında 5340 m2 yumşaq dam örtüyü təmir edilib.
8-ci mikrorayon ərazisində 4345 m2 asfalt örtüyü çəkilib.

Keçidlər