Binəqədi rayonunda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı qeyd edildi
23 iyun Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının konfrans zalında bayram tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri və bələdiyyə sədrləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bayram tədbirini giriş nitqi ilə açaraq, müstəqilliyin ilk illərində səriştəsiz rəhbərlərin hakimiyyəti illərində vətəndaşların dövlətə inamının azaldığını, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra vətəndaşların dövlətə və dövləçiliyə etimadının yüksəldiyini, dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatların aparıldığını qeyd etdi. Xaləddin İsgəndərov cənab İlham Əliyevin prezident seçildikdən sonra da dövlət qulluğunun idarə olunmasının təkmilləşdirilməsi sahəsində işlərin uğurla davam etdirildiyini bildirdi. O, ölkə başçısının tapşırığına uyğun olaraq gənclərin dövlət qulluğunda irəli çəkilməsinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyini bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış etmək üçün sözü Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri – Etik müvəkkil Ramiz Göyüşova verdi. R. Göyüşov dövlət qulluğunun yaranması, mahiyyəti, dövlət qulluğu sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış etmək üçün sözü Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Məmməd Bağıyevə verdi. M. Bağıyev ölkə başçısının gənclərin dövlət qulluğunda irəli çəkilməsi ilə əlaqədar tapşırığına uyğun olaraq dövlət qulluğuna təyin olunduğunu, ona göstərilən etimada görə təşəkkürünü bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış etmək üçün sözü Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairə üzrə nümayəndəsi Ləman Əliyevaya verdi. L. Əliyeva cənab Prezidentin tapşırığına uyğun olaraq dövlət qulluqçularının daim vətəndaşların yanında olduğunu qeyd etdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış etmək üçün sözü Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubovaya verdi. Ü. Usubova dövlət qulluğuna qəbulun şəffaf və ədalətli keçirildiyini, hər kəsə bərabər şərait yaradıldığını qeyd etdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncamını və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının əmrini elan etmək üçün Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanovu tribunaya dəvət etdi. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu “Fəxri Fərman”la tətif olundu və təşəkkür elan edildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirə yekun vurdu.