Rayon İcra Hakimiyyətinin başçısının Binəqədi qəsəbəsinin sakinləri ilə “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu keçirildi
2017-ci il iyunun 23-də Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədi qəsəbə sakinləri ilə “Açıq qapı” vətəndaş forumu çərçivəsində növbəti səyyar qəbulu keçirildi.
Qəbulda rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Qəbulda iştirak edən qəsəbə sakinləri onları narahat edən problemlərin aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qəbulda iştirak edən sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.