Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun - Beynəlxaq Narkomaniyaya Qarşı Mübarizə Günü” ilə əlaqədar “Narkomaniyaya yox deyək!” mövzusunda dəyirmi masa keçirildi

26 iyun 2017 | 11:00

24 iyun 2017-ci tarixində “26 iyun - Beynəlxaq Narkomaniyaya Qarşı Mübarizə Günü” ilə əlaqədar Biləcəri bələdiyyəsinin İctimai-humanitar sektorunun təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı dəyirmi masa keçirildi.
Bələdiyyənin inzibati binasında təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev və Binəqədi rayon 6-cı polis bölməsinin inzibati sahə rəisi, polis mayoru Natiq Ağamirzəyevin qəsəbə gəncləri ilə görüşü baş tutdu.
Tədbirdə bildirildi ki, əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizənin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin artırılmasıdır. Vurğulandı ki,  narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyan, onun törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü və narkomanlığın profilaktikası barədə təbliğat işi həyata keçirilməlidir.
Azərbaycanda narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunaraq həyata keçirilir. Dövlət başçısının Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” 2013-2018-ci illər üçün Dövlət Proqramı qəbul olunub.
Tədbirin sonunda dəyirmi masa ətrafında əyləşən gənclərin təklifləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər