Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2017-ci ilin birinci yarımilliyində daxil olan müraciətlər haqqında hesabat

04 iyul 2017 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, İcra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin icra hakimiyyətinə çatdırılması baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Xidmət bütün müasir avadanlıqlarla və  sürətli komunikasiya sistemi ilə təchiz edilmiş, 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.
2017-ci ilin yanvar-iyun aylarında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 18330 (2016-cı ilin analoji dövrü ilə müqayisədə 26 vahid çox), birbaşa cavablandırılan zənglərin sayı 14744 (2016-cı ilin analoji dövrü ilə müqayisədə 618 vahid çox),  tərtib edilmiş şikayət vərəqələrinin sayı 3586 (2016-cı ilin analoji dövrü ilə müqayisədə 592 vahid az) olmuşdur.
 
 
Şikayət xarakterli müraciətlərin 3586-nın icrası təmin edilmiş, o cümlədən 2798-i və ya 78 %-i tam həll olunub,  432-i və ya 12 %-i qismən həll edilib,  356 -sı və ya 10 %-i müvafiq izahat verilərək həll edilib.
Yanvar-iyun ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 1669-u və ya 46,5-i %-i qaz təchizatı (2016-cı ilin analoji dövrü ilə müqayisədə 19 vahid çox), 1216-sı və ya 33,9 %-i su-kanalizasiya (2016-cı ilin analoji dövrü ilə müqayisədə 360 vahid az), 242-si və ya 6,7 %-i lift problemləri (2016-cı ilin analoji dövrü ilə müqayisədə 106 vahid az), 153-ü və ya 4,3 %-i sakinləri narahat edən digər məsələlər (2016-cı ilin analoji dövrü ilə müqayisədə 12 vahid az),112-si və ya 3,1 %-i istilik təchizatı (2016-cı ilin analoji dövrü ilə müqayisədə 115 vahid az), 84-ü və ya 2,3 %-i elektrik təchizatı ilə bağlı (2016-cı ilin analoji dövrü ilə müqayisədə 21 vahid az), 59-u və ya 1,6 %-i zibil və tullantılar ilə əlaqədar (2016-cı ilin analoji dövrü ilə müqayisədə 10 vahid çox), 30-u və ya 0,8 %-i küçələrin işıqlandırılması idarəsi (2016-cı ilin analoji dövrü ilə müqayisədə 1 vahid az), 21-i və ya 0,6 %-i yaşıllaşdırma idarəsi (2016-cı ilin analoji dövri ilə müqayisədə 6 vahid az) ilə əlaqədar olub.
 
2016 və 2017-ci illərin birinci yarımilliyində Sakinlərin Müraciət Xidmətinə daxil olan zənglərin sahələr üzrə bölgüsü
 
2016
2017
qaz təchizatı
1650 (39,5%)
1669 (46,5%)
su-kanalizasiya
1576 (38%)
1216 (33,9%)
lift
348 (8,3%)
242 (6,7%)
istilik təchizatı
227 (6,4%)
112 (3,1%)
elektrik təchizatı
105 (2,5%)
84 (2,3%)
məişət tullantıları
49 (1,2%)
59 (1,6%)
küçələrin işıqlandırılması
31 (0,7%)
30 (0,8%)
yaşıllaşdırma məsələləri
27 (0,7%)
21 (0,6%)
digər məsələlər
165 (3,9%)
153 (4,3%)
 
 
 
Keçidlər