Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” adlı aksiya keçirildi

01 iyul 2017 | 11:00

İyulun 1-də M.Ə.Rəsulzadə bələdiyyəsinin ictimai-humanitar sektorunun təşkilatçılığı ilə ictimai-siyasi və təbliğat işinin təşkilinə dair tədbirlər planına uyğun olaraq “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” adlı aksiya keçirildi.
Keçirilən aksiyada M.Ə.Rəsulzadə bələdiyyəsinin Sosial məsələlər daimi komissiyasının sədri, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və qəsəbə gəncləri iştirak etdi. Gənclər M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən şəhid abidələrini ziyarət edərək, onların ətrafını təmizləyib şəhid abidələrinin qarşısına güllər düzdülər.

Keçidlər