Xocasən qəsəbə sakinləri üçün ödənişsiz göz müayinəsi aksiyası keçirildi
03 iyul 2017 | 11:00
Binəqədi rayon Xocasən bələdiyyəsinin İctimai sektorunun təşkilatçılığı ilə 3 iyul 2017-ci il tarixində “Dünyagöz” klinikasının həkim briqadası Xocasən bələdiyyəsinin inzibati binasında qəsəbə sakinləri üçün göz müayinəsi həyata keçirdilər.
Xocasən qəsəbəsində iki gün davam edəcək bu sosial aksiyada klinikanın türk həkimlərindən ibarət heyət təmsil olunur.