Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində növbəti məlumat saatı keçirildi

06 iyul 2017 | 11:00

6 iyul 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalında məlumat saatı keçirildi.
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının fəal üzvləri iştirak etdilər.  
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elnur İmanov Azərbaycan Respublikası Prezidentinin qəbulları, görüşləri, səfərləri, iştirak etdiyi tədbirlər, imzaladığı Fərman və Sərəncamlar barəsində məlumat verdi.
Şöbə müdiri çıxışında erməni qoşunları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş sonuncu amansız zorakılıq halından bəsh etdi. Vurğulandı ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutmuşdur. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olmuş, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanmışdır. Dinc əhaliyə qarşı törədilən bu vəhşilikləri pisləmişdir. Balaca Zəhranın qətlə yetirilməsinə ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın dərhal münasibət bildirməsinə toxunan Elnur İmanov Prezidentin sözlərini bir daha xatırlatmışdır: “Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır. Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!”

Keçidlər